Rüstəm Orucov Cüdo Akademiyasının fəaliyyətə başlayacağı tarixi açıqlayıb - VİDEO

Müsahibə
21 Fevral 2024 16:43
Rüstəm Orucov Cüdo Akademiyasının fəaliyyətə başlayacağı tarixi açıqlayıb - VİDEO

Azərbaycan millisinin sabiq cüdoçu Rüstəm Orucovun akademiyasının fəaliyyətə başlayacağı tarix dəqiqləşib.

Bu barədə "İdman Bizdə" verilişinin qonağı Olimpiya mükafatçısı özü məlumat verib.

O bildirib ki, artıq zalda son tamamlama işləri gedir və martın 1-də fəaliyyətə başlayacaq: “Təmirin yekunlaşmasına çox az bir vaxt qalıb. Tələbat çoxdur. Yazanların sayı hədsizdir. Valideynlər, uşaqlar və həvəskarlar müraciət edirlər. Akademiyada 3 qrupumuz olacaq. İkisində peşəkar cüdoçular, birində isə həvəskarlar yer alacaq. Məşqlərə də şəxsən özüm nəzarət etməyə çalışacağam”.

Qeyd edək ki, Orucov peşəkar karyerasını 2023-cü ildə yekunlaşdırıb.

Emin Ağa
İdman.biz

Məqalədə: