Murad Fətiyev: "Bu dəfə hər şey uğurlu alındı"

Xəbərlər
19 Fevral 2024 20:41
353
Murad Fətiyev: "Bu dəfə hər şey uğurlu alındı"

“Məşqlərimiz çox ağır keçir və məhz bu amil nəticə qazanmağa kömək edir”.

İdman.biz xəbər verir ki, bunu Beynəlxalq Cüdo Federasiyasına açıqlamasında Azərbaycan yığmasının idmançısı Murad Fətiyev (90 kq) deyib.

Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi komandanın Avropa və dünya çempionatları, həmçinin Yay Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşdığını vurğulayıb. Fətiyev doğma azarkeşlər qarşısında qazanılan qələbəyə şərh verib: “Bakıdakı turnirdə ilk dəfə iştirak etmirdim. Əvvəlki yarışlarda 5-ci, 7-ci yerləri tutmuşdum. Bu dəfə hər şey uğurlu alındı və çempion oldum. Finalda təcrübəli Kristian Totla (Macarıstan) qarşılaşdım. Əvvəllər onunla üz-üzə gəlməmişdim və güclü rəqibi məğlub edib, qızıl qazandığım üçün çox şadam”.

Qeyd edək ki, Murad Fətiyev “Böyük Dəbilqə” yarışlarında ilk dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bundan əvvəl Azərbaycan yığmasının cüdoçusu analoji yarışda 1 dəfə gümüş, 3 dəfə bürünc qazanıb.

İdman.biz