Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 1/8 finalda mübarizəni dayandıran Hidayət Heydərov sosial şəbəkə hesabında paylaşım edib.
İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu italiyalı Covanni Espozitoya cərimə xalları hesabına uduzub.
H.Heydərov “Instagram” hesabında görüşdən sonra bu sözləri yazıb:

“Doğma Vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi. Sonsuz təşəkkürlər”.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.
