Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan cüdoçunu təbrik edib - FOTO

7 Oktyabr 2026 13:14
108
Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan cüdoçunu təbrik edib - FOTO

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib.

İdman.Biz xəbər verir ki, ACF prezidenti “Facebook” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

“Cüdoçumuzu bu nailiyyət münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram”, - paylaşımda qeyd olunub.

İdman.Biz