Qran-pri: Cüdoçularımız ilk gündə 3 medal qazanıb - YENİLƏNİB

Xəbərlər
26 Yanvar 2024 22:54
171
Qran-pri: Cüdoçularımız ilk gündə 3 medal qazanıb - YENİLƏNİB

Portuqaliyanın Odivelas şəhərində keçirilən Qran-pridə ilk yarış günü başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinə üçüncü medalı Yaşar Nəcəfov qazandırıb.

66 kq çəkidə güləşən cüdoçumuz gümüş medal əldə edib.

Ondan öncə Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) üçüncü yeri tutub.

----------

22:54

Azərbaycanın daha bir cüdoçusu Portuqaliyanın Odivelas şəhərində keçirilən Qran-pridə fəxri kürsüyə yüksəlib.

İdman.biz xəbər verir ki, turnirin ilk yarış günündə 66 kq-da mübarizə aparan Kamran Süleymanov bürünc medala sahib olub.

O, üçüncü yer uğrunda mübarizədə monqolustanlı Basxu Yondonperenleyi məğlub edib.

Kamrandan öncə Turan Bayramov (60 kq) da üçüncü yeri tutub.

---------

22:37

Azərbaycan cüdoçusu Turan Bayramov bürünc medal qazanıb.

İdman.biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu uğura Portuqaliyanın Odivelas şəhərində keçirilən Qran-pridə imza atıb.

Cüdoçumuz bürünc medal uğrunda görüşdə Qamzat Zayrbekova (AİN) qalib gəlib.

İdman.biz