Cüdoçularımız hazırlığın növbəti mərhələsinə keçib - FOTO

15 İyul 2026 13:53
153
Cüdoçularımız hazırlığın növbəti mərhələsinə keçib - FOTO

Qusarda təlim-məşq toplanışını davam etdirən kişilərdən ibarət Azərbaycan milli komandası cüdo üzrə dünya çempionatına hazırlığın növbəti mərhələsini keçib.

İdman.Biz xəbər verir ki, baş məşqçi Riçard Trautmanın rəhbərliyi ilə baş tutan məşqlərdə əsas diqqət idmançıların fiziki hazırlıq səviyyəsinin artırılmasına, həmçinin ne-vaza üzrə texniki və taktiki bacarıqların təkmilləşdirilməsinə yönəldilib.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 4-11 oktyabr 2026-cı ildə Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.

İdman.Biz
Məqalədə: