Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır

28 İyun 2026 22:32
99
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır

Cüdo üzrə Azərbaycan yeniyetmə yığması İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək Avropa çempionatında mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, 28 iyunda yarışın püşkatma mərasimi baş tutub. Püşkatmanın nəticələrinə əsasən, idmançılarımızın turnirdəki ilk rəqibləri müəyyənləşib.

Azərbaycan qitə birinciliyində 12 çəki dərəcəsində 17 idmançı ilə fərdi yarışlarda təmsil olunacaq. Onlardan 10-u oğlan, yeddisi qız cüdoçudur.

Yığmamız turnirin son günündə qarışıq komanda yarışında da tatamiyə çıxacaq.

29 iyun - 2 iyul tarixlərində keçiriləcək yeniyetmələr arasında Avropa çempionatında ilk yarış günü təsnifat mərhələsi saat 12:30-da, final bloku isə saat 19:30-da başlayacaq.

Oğlanlar

50 kq, 1/8 final
Nihad Ağayev – Levente Naqi (Macarıstan) / Aaron Coşua Keller (Almaniya) cütünün qalibi ilə
Fərid Rzazadə – Armen Matevosyan (Ermənistan) / Dimitrios Qulos (Yunanıstan) cütünün qalibi ilə

55 kq, 1/16 final
Rza Xəlilli – Nikita Qutu (Rumıniya)

55 kq, 1/8 final
İbrahim Talıbov – Noham Benkrouidem (Fransa) / Aleksandar Vuşev (Bolqarıstan) cütünün qalibi ilə

60 kq, 1/16 final
Mehman Əsgərov – Narek Nahapetyan (Ermənistan) / Adam Kostoyev (İsveç) cütünün qalibi ilə

66 kq, 1/16 final
İlkin Qarayev – Samuil Dimitrov (Bolqarıstan)

73 kq, 1/8 final
Sadiq Məmmədov – Matas Marksaitis (Litva) / Noam Stiner (İsrail) cütünün qalibi ilə

81 kq, 1/16 final
Yaqub Məmmədov – Yan Markoviç (Bosniya-Herseqovina)
Ayxan Həsənli – Akos Naqi (Rumıniya)

90 kq, 1/8 final
Ömər Axundov – Qriqorios Mirazanaşvili (Kipr) / Kaur Leetsar (Estoniya) cütünün qalibi ilə

Qızlar

40 kq, 1/8 final
Zəhra Quliyeva – Aviqayil Qat Mualem (İsrail)
Sunay Salamova – Kandela Kosta Kabana (İspaniya)

44 kq, 1/16 final
Pərvin Sevxanlı – Yelena Tanaçkov (Serbiya)
Fatimə Abdullayeva – Silvia Kilaçkova (Slovakiya)

48 kq, 1/8 final
Könül Eyvazlı – Jasmina Mantayeva (Avstriya) / Mia Mari Beermann (Almaniya) cütünün qalibi ilə

70 kq, 1/16 final
Məsumə Məmmədli – Norah Qosset (Fransa)

+70 kq, 1/8 final
Zemfira Əliyeva – Ballalo Kulibali Ture (İspaniya)

Qarışıq komanda yarışı
1/8 final

Azərbaycan – Çexiya

İdman.Biz