Qusarda 73 cüdoçunun iştirakı ilə region birinciliyi keçirilib - FOTO

28 İyun 2026 21:13
125
Qusarda 73 cüdoçunun iştirakı ilə region birinciliyi keçirilib - FOTO

Qusar Olimpiya İdman Kompleksində U-17 yeniyetmələr arasında cüdo üzrə Şimal bölgəsi region birinciliyi keçirilib.

İdman.Biz Azərbaycan Cüdo Federasiyasının mətbuat xitmətinə istinadən xəbər verir ki, turnirdə yeddi klub və idman cəmiyyətindən 73 cüdoçu mübarizə aparıb.

Yarışın əsas məqsədi yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.

U-17 üzrə regional birincilik həm də milli komandanın heyətinə seçim baxımından vacib reytinq xalları qazandırıb.

Mükafatçıları təqdim edirik:

Qızlar
44 kq

1. Zülficat Balakişiyeva (Qusar)

57 kq
1. Leyla Yarəhmədova (Xaçmaz UGİŞM)

Oğlanlar
50 kq

1. Babək İlyasov (Neftçi Siyəzən)
2. Yusif Həsənov (Neftçi Siyəzən)
3. Bəhruz Pənəliyev (Şabran)
3. Cəfər Həmzəyev (Neftçi Siyəzən)

55 kq
1. Mirmehdi İsmayılov (Neftçi Siyəzən)
2. Uğur Şahbazov (Şabran)
3. Mirzəğa Hacıağayev (Qusar)
3. İbrahim Muradov (Xaçmaz UGİŞM)

60 kq
1. Turan Zeynallı (Quba CİK)
2. Raul Madatov (Qusar)
3. Rəcəb Ağayev (Xaçmaz UGİŞM)
3. Emin Vəliyev (Şabran)

66 kq
1. Şahin Ağamalıyev (Şabran)
2. Pənah Məmmədov (Şabran)
3. Emin Rəhimov (Xaçmaz OİK)
3. Said Hafizov (Qusar)

73 kq
1. Əli Əliyev (Neftçi Siyəzən)
2. Nihat Niftinov (Şabran)
3. Turan Ağamoğlanov (Neftçi Siyəzən)
3. İsgəndər Ömərli (Quba CİK)

81 kq
1. Elcan Babayev (Şabran)
2. Mikayıl Nurəliyev (Şabran)
3. Amir Mehdiyev (Qusar)

90 kq
1. Şükran Vahabov (Quba CİK)
2. Ayxan Əzizov (Xaçmaz OİK)

İdman.Biz