Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Avstriyanın Linz şəhərində keçirilən Qran-pri turnirində qızıl medal qazanan Ruslan Paşayevi (66 kq) təbrik edib.
İdman.Biz xəbər verir ki, federasiya prezidenti bu barədə özünün sosial şəbəkə hesabında post paylaşıb.
“Cüdoçumuzu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram”.
Qeyd edək ki, Azərbaycan Qran-pridə 7 cüdoçu ilə təmsil olunur.
