Azərbaycan cüdoçuları Özbəkistanda beynəlxalq təlim-məşq toplanışına qatılıblar - FOTO

3 Mart 2026 16:20
87
Azərbaycan cüdoçuları Özbəkistanda beynəlxalq təlim-məşq toplanışına qatılıblar - FOTO

Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq təlim-məşq toplanışı start götürüb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, hazırlıq prosesinə 19 cüdoçumuz (12 kişi, 7 qadın) qatılıb. İdmançılarımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədov başçılıq edir.

Qeyd edək ki, 13 ölkənin iştirak etdiyi təlim düşərgəsi martın 6-da başa çatacaq.

İdman.Biz