Cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinə media-tur təşkil olunub - FOTO

Xəbərlər
27 Dekabr 2023 15:17
190
Cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinə media-tur təşkil olunub - FOTO

Cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinə media-tur təşkil edilib.

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə baş tutan turda İdman.biz saytının da əməkdaşı iştirak edib.

KİV nümayəndələri inzibati bina və məşq zonaları ilə tanış olaraq, cüdoçuların məşqlərini izləyiblər, ACF-in baş katibi Rəşad Rəsullu, məşqçilər və həkimlə fikir mübadiləsi aparıblar.

İdman qurğusunun fəaliyyəti, planlaşdırılan işlər və layihələr haqqında məlumat verilib.

Rəsullu bildirib ki, inzibati binada səmərəli iş üçün bütün şərait yaradılıb: “Mərkəzdə bir neçə idman zalı fəaliyyət göstərir. Ümumi ərazi 2,2 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Əsaslı təmir zamanı Təlim-Məşq Mərkəzinin uzunluğu 96 metr və eni 72 metr olan stadionunun süni ot örtüyü də dəyişdirilib. Həmçinin stadion müasir işıqlandırma sistemi ilə təchiz edilib. Burada kişilər və gənc oğlanlar üçün nəzərdə tutulan məşq zalında eyni vaxtda 100 idmançı məşq edə biləcək. Mərkəzdəki bütün məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun olan tatamilər ilə təchiz olunub. İdman qurğusunun fiziki hazırlıq zalı da ən yüksək standartlara cavab verir. Məşqçilərin otaqlarında da məhsuldar fəaliyyət üçün hər cür şərait yaradılıb”.

Burada kişilər və gənc oğlanlar üçün nəzərdə tutulan məşq zalında eyni vaxtda 100, qadınlar və yeniyetmələr üçün zalda 60 idmançı məşq edə biləcək. Mərkəzdəki bütün məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun olan tatamilər ilə təchiz olunub. İdman qurğusunun fiziki hazırlıq zalı da ən yüksək standartlara cavab verir. Məşqçilərin otaqlarında da məhsuldar fəaliyyət üçün hər cür şərait yaradılıb.

Təlim-Məşq Mərkəzinin əhəmiyyətini artıran amillərdən biri də burada 28 yerlik müasir otel bölməsinin yaradılmasıdır. Oteldə həm idmançıların, həm də məşqçilərin qalması və istirahəti üçün hər cür imkan var.

Mərkəzdə çalışacaq 50-dən artıq əməkdaş üçün də əsas binada hər bir şərait yaradılıb. Buradakı restoranda idmançılara yüksək səviyyədə xidmət göstəriləcək. Kompleksdə idmançıların sağlamlığı da nəzərə alınıb. Həkim otağı, fizioterapiya və masaj otaqları idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün lazımi cihaz və avadanlıqlarla təchiz edilib.

İdman qurğusunun həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.

Qeyd edək ki, regionlarda da cüdo üzrə infrastrukturun təkmilləşdirilməsi Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biridir. 2023-cü ildə Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonu Ağalı kəndi, Sabirabad, Zirə və Sumqayıtda cüdo zalları istifadəyə verilib. Respublikamızın bir neçə şəhər və rayonlarında isə cüdo zallarının təmiri davam etdirilməkdədir.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: