Cüdoçularımız Fransada beynəlxalq təlim-məşq toplanışında - FOTO/VİDEO

10 Fevral 2026 09:44
152
Cüdoçularımız Fransada beynəlxalq təlim-məşq toplanışında - FOTO/VİDEO

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, hazırlıq prosesinə 23 cüdoçumuz (16 kişi, 7 qadın) qatılıb. İdmançılarımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov ilə Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif rəhbərlik edir.

Qeyd edək ki, təlim düşərgəsi fevralın 12-də başa çatacaq.

İdman.Biz