Zelim Tçkaev "Böyük Dəbilqə" turnirinin yarımfinalına yüksəlib - YENİLƏNİR

8 Fevral 2026 17:20
170
Zelim Tçkaev "Böyük Dəbilqə" turnirinin yarımfinalına yüksəlib - YENİLƏNİR

Azərbaycanlı cüdoçu Zelim Tçkayev Parisdə keçirilən "Böyük Dəbilqə" seriyalı turnirdə yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, 1/4 final görüşündə təmsilçimiz Tacikistan idmançısı Abubakr Şerovu məğlub edib.

Tçkayev yarışın əvvəlki mərhələlərində Çindən olan Cianqan Vanq üzərində inamlı qələbə qazanıb, daha sonra Böyük Britaniya təmsilçisi Laxlan Murhedə qalib gəlib.

Yarımfinalda Azərbaycan cüdoçusunun rəqibi Qazaxıstan idmançısı Abulayxan Jubanazar olacaq.

Qeyd edək ki, +100 kq çəki dərəcələrində çıxış edən təmsilçilərimiz Uşanqi Kokauri, Kənan Nəsibov və Əjdər Bağırov (100 kq) 1/8 finalda məğlub olaraq mübarizəni dayandırıblar. Həmçinin 81 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə də növbəti mərhələyə keçə bilməyib.

09:41

Azərbaycan millisinin cüdoçuları Fransanın paytaxtında keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə mübarizəni davam etdirəcəklər.

İdman.Biz xəbər verir ki, həlledici yarış günündə komandamızın beş üzvü üç çəki dərəcəsində 1/16 final mərhələsində tatamiyə çıxacaq.

81 kq-da Zelim Tçkayev Çin təmsilçisi Vanq Cian-nan ilə Madaqaskardan olan Lova Mahaisoa Randrianasolonun duelində qalib gələcək idmançı ilə üz-üzə gələcək. Eyni çəkidə Vüsal Qələndərzadə isə Fransa cüdoçusu Saşa Jiqli və ukraynalı Mixaylo Svidrak cütünün qalibi ilə qarşılaşacaq.

100 kq-da Əjdər Bağırov Mərkəzi Afrika Respublikasını təmsil edən Denis Sedrik Nquyassa Bekai ilə münasibətlərinə aydınlıq gətirəcək.

Ağır çəkidə isə iki təmsilçimiz mübarizə aparacaq. Uşanqi Kokauri Almaniya idmançısı Marvin Belzlə, Kənan Nəsibov isə Avstriya cüdoçusu Ştefan Heqi ilə qarşılaşacaq.

İdman.Biz