“Qalib gəlmək üçün Hidayət Heydərovun mentaliteti lazımdır” - Mehman Əzizovun İDMAN.BİZ-ə AÇIQLAMASI

7 Fevral 2026 16:20
164
“Qalib gəlmək üçün Hidayət Heydərovun mentaliteti lazımdır” - Mehman Əzizovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Bu gün Fransanın paytaxtında “Paris Grand Slam” - beynəlxalq cüdo turniri start götürüb. Bəs görəsən “kiçik dünya çempionatı” adlandırılan bu yarışda idmançılarımız uğura ümid edə bilərlərmi?

İdman.Biz bu sualla yaxın keçmişin tanınmış tatami ustası, üç Olimpiadanın iştirakçısı Mehman Əzizova müraciət edib.

“Cüdoçularımız mükafatçılar sırasına düşə bilərlər, lakin burada qalib gəlmək son dərəcə çətindir. Zəfər üçün Heydərovun mentalitetinə sahib olmaq lazımdır. Hidayət o nadir idmançılardandır ki, birinci yerdən başqa heç bir nəticəni qəbul etmir. Bunun üçün xüsusi köklənmə tələb olunur. Təəssüf ki, bu dəfə o, turniri buraxır.

81 kq-a qədər çəki dərəcəsində, mənim çəkimdə çıxış edən Zelim Tskayevin medal qazanmaq şansı böyükdür. Parisdə iki dəfə qalib olmuş Balabəy Ağayevə (60 kq) isə bu dəfə çox çətin olacaq - onun çəkisində rəqabət son dərəcə yüksəkdir. Həmçinin Ruslan Paşayevin (66 kq) də uğurlu çıxış üçün yaxşı perspektivləri var”, - deyə Mehman Əzizov qeyd edib.

İdman.Biz