Azərbaycanın olimpiya çempionu olan cüdoçuları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirinə qatılmamasının səbəbi müəyyənləşib.
İdman.Biz “Report”a istinadən xəbər verir ki, bu barədə millinin baş məşqçisi Riçard Trautman qərar qəbul edib.
Alman mütəxəssis sözügedən idmançıları ilin ilk “Böyük Dəbilqə” yarışı üçün heyətə daxil etməyi məqsədəuyğun saymayıb.
Azərbaycanı fevralın 7-8-də keçiriləcək turnirdə səkkiz cüdoçu təmsil edəcək.
Xatırladaq ki, Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olublar.
