Azərbaycan millisinin yeni məşqçisi: “Məqsədimiz düzgün məşq mədəniyyəti formalaşdırmaqdır”

2 Fevral 2026 16:44
86
Azərbaycan millisinin yeni məşqçisi: “Məqsədimiz düzgün məşq mədəniyyəti formalaşdırmaqdır”

“Gənc cüdoçuların inkişafı üçün topladığım bütün bilik və təcrübəni maksimum şəkildə istifadə edəcəyəm”.

İdman.Biz xəbər verir ki, bunu cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin məşqçisi təyin olunan Orxan Səfərov “Facebook” hesabındakı paylaşımında qeyd edib.

Sabiq cüdoçunun sözlərinə görə, yığmanın məşqçisi təyin olunmaq onun üçün böyük şərəfdir:

“Gənc cüdoçuların inkişafı üçün topladığım bütün bilik və təcrübəni maksimum şəkildə istifadə edəcəyəm. Məqsədimiz düzgün məşq mədəniyyəti formalaşdırmaq və idmançıları sağlam şəkildə gələcəyə hazırlamaqdır. Azərbaycan Cüdo Federasiyasının göstərdiyi etimada görə təşəkkür edirəm”.

İdman.Biz