Yeniyetmə cüdoçu qızlardan ibarət milli yığma komandanın üzvləri üçün təlim-məşq toplanışı çərçivəsində art-terapiya seminarı təşkil olunub. Fəaliyyətin əsas məqsədi idmançıların asudə vaxtlarının səmərəli təşkili, psixo-emosional vəziyyətlərinin yaxşılaşdırılması və emosional gərginliyin azaldılması olub.
İdman.Biz xəbər verir ki, art-terapiya sessiyaları zamanı iştirakçılar yaradıcılıq vasitəsilə öz hiss və düşüncələrini ifadə etmək imkanı qazanıblar. Keçirilən seminar idmançıların emosional rahatlamasına, psixoloji rifahının möhkəmlənməsinə və komanda daxilində müsbət psixoloji mühitin formalaşmasına töhfə verib.
Qeyd edək ki, bu tip psixoloji dəstək tədbirləri yeniyetmə qızlardan ibarət milli yığma komanda üçün mütəmadi olaraq həyata keçirilir və onların həm idman, həm də şəxsi inkişafında mühüm rol oynayır.
