Paris Böyük Dəbilqəsində səkkiz cüdoçumuz mübarizə aparacaq

3 Fevral 2026 11:12
123
Paris Böyük Dəbilqəsində səkkiz cüdoçumuz mübarizə aparacaq

Fevralın 7-8-i tarixlərində Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində Azərbaycanı səkkiz cüdoçu təmsil edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, ölkə nüfuzlu yarışda kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında beş çəki dərəcəsində səkkiz cüdoçu ilə təmsil olunacaq.

Balabəy Ağayev (60 kq), Nazir Talıbov, Ruslan Paşayev (hər ikisi 66 kq), Zelim Tçkayev, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov tatamiyə çıxacaqlar.

Qeyd edək ki, turnirdə 82 ölkədən 526 idmançı mübarizə aparacaq.

İdman.Biz