Murad Fətiyev tatamiyə nə vaxt qayıdacaq? - Azərbaycan Cüdo Federasiyasının İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
4 Dekabr 2025 10:11
71
Murad Fətiyev tatamiyə nə vaxt qayıdacaq? - Azərbaycan Cüdo Federasiyasının İDMAN.BİZ-ə AÇIQLAMASI

Bu ilin Avropa çempionatının bürünc mükafatçısı, 90 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev “Abu Dhabi Grand Slam” turnirində aldığı zədə səbəbindən gözləniləndən daha ciddi problemlə üzləşib.

Azərbaycan Cüdo Federasiyasından (ACF) İdman.Biz-ə verilən məlumata görə, Murad Fətiyev ən azı səkkiz həftəlik sıradan çıxıb.

“Səkkiz həftə hələlik bərpa üçün minimum müddətdir. İki həftədən sonra ona MRT edəcəyik və zədənin ağırlığı barədə dəqiq məlumat alacağıq. Əgər ən pis proqnozlar təsdiqlənsə, bu, onun 6-9 ay yarışlara qatıla bilməyəcəyi deməkdir. Ən yaxşı halda isə Fətiyev səkkiz həftəyə sağalacaq”, - deyə federasiyadan bildirilib.

Xatırladaq ki, Əbu-Dabi şəhərində keçirilən turnirində ardıcıl üç qələbə qazanan cüdoçumuz yarımfinala yüksəlmişdi. Lakin yunanıstanlı Teodoros Tselidislə üçüncü görüşdə aldığı zədə səbəbindən həkimlərin təkidi ilə mübarizəni dayandıraraq turnirdən çəkilib.

Vüqar Vüqarlı

İdman.Biz