Azərbaycan cüdoçusu Uşanqi Kokauri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində zədə səbəbindən tam gücü ilə çıxış edə bilməyib.
İdman.Biz bildirir ki, bunu cüdoçu bunu özü deyib.
O, Report-a yarışla bağlı təəssüratlarını bölüşüb:
“Yarış çox güclü idi, xeyli sayda ölkələrdən rəqiblər vardı. Bürünc medal qazandım. Zədəm olduğu üçün tam gücümlə çıxış edə bilmədim. Məşqlərə davam edirəm. Qarşıdakı yarışlarda daha yaxşı nəticə göstərməyə çalışacağam. Məşqçim, federasiya ilə birlikdə bunun üçün hər şeyi edirik”.
Qeyd edək ki, Kokauri “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
