Bakıda regionlardan olan yeniyetmə cüdoçuların təlim-məşq toplanışı başlayıb - FOTO

Xəbərlər
1 Dekabr 2025 20:30
42
Bakıda regionlardan olan yeniyetmə cüdoçuların təlim-məşq toplanışı başlayıb - FOTO

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə regionlardan olan yeniyetmə cüdoçular üçün Bakıda təlim-məşq toplanışına start verilib.

İdman.Biz bildirir ki, cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən düşərgəyə ölkənin müxtəlif bölgələrindən ümumilikdə 100 cüdoçu cəlb olunub. Hazırlıq prosesinə yığma komandaların məşqçilər heyəti və təcrübəli mütəxəssislər rəhbərlik edir.

Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyan toplanış 14 dekabr tarixinədək davam edəcək.

Təlim-məşq proqramı çərçivəsində idmançıların cüdo bacarıqlarının və texniki-taktiki hazırlığının inkişafı, yeni qaydaların və texniki yeniliklərin mənimsənilməsi, həmçinin fiziki hazırlığın artırılması istiqamətində məqsədyönlü çalışmalar həyata keçirilir. Toplanış çərçivəsində paytaxtdakı cüdo klublarına səfərlər də nəzərdə tutulub.

İdman.Biz