Hidayət Heydərovla Zelim Kotsoyev Azərbaycan çempionatında iştirak etməyəcəklər

Xəbərlər
2 Dekabr 2025 13:21
47
Hidayət Heydərovla Zelim Kotsoyev Azərbaycan çempionatında iştirak etməyəcəklər

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dekabrın 5-7-si aralığında keçiriləcək cüdo üzrə Azərbaycan çempionatında iştirak etməyəcəklər.

İdman.Biz “Report”a istinadən xəbər verir ki, əvəzində gənclərdən və böyüklərdən ibarət yığmaların digər tanınmış üzvləri tatamiyə çıxacaqlar.

Kişilərdən Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Turan Bayramov, Elşən Əsədov, Nizami İmranov, Nihad Məmişov, Tofiq Məmmədov, Ruslan Paşayev, İslam Rəhimov, Nazir Talıbov, Rəşad Yelkiyev (hamısı 66 kq), İbrahim Əliyev, Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev, Rüfət Şövlətov, Kamran Süleymanov (hamısı 73 kq), Vüsal Qələndərzadə, Ömər Rəcəbli, Zelim Tçkayev, Süleyman Şükürov (hamısı 81 kq), Elcan Hacıyev, Aslan Kotsoyev, Vüqar Talıbov (hamısı 90 kq), Əjdər Bağırov, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri, Kənan Nəsibov, Camal Qamzatxanov, Ramazan Əhmədov (hamısı +100 kq) qüvvəsini sınayacaq.

Bundan əlavə, dünya və Avropa çempionatının bürünc mükafatçısı Kəramət Hüseynov da 73 kq-da çıxış edəcək.

Qadınlardan Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Xədicə Qədəşova, Aydan Vəliyeva, Leyla Əliyeva (hamısı 52 kq), Fidan Əlizadə (57 kq), Nərgiz Hacıyeva (63 kq), Südabə Ağayeva, Aytac Qardaşxanlı (hər ikisi 70 kq), Nərmin Əmirli, Günel Həsənli (hər ikisi 78 kq) və Nigar Süleymanova (+78 kq) yarışda uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, fərdi mübarizələr 5–6 dekabrda, saat 09:00-da start götürəcək. Komanda yarışının seçmə görüşləri isə 7 dekabr, saat 10:00-da başlayacaq. Hər üç gündə final blokları saat 17:00-da təşkil olunacaq.

Azərbaycan çempionatının rəsmi açılış mərasimi dekabrın 6-da, saat 16:15-də baş tutacaq. Bakı İdman Sarayında keçiriləcək yarışda 14 çəki dərəcəsində 54 klub və idman cəmiyyətindən olan 237 cüdoçu (179 kişi, 58 qadın) ölkə çempionu adı uğrunda mübarizə aparacaq.

İdman.Biz