Cüdoda yeni ulduzlar parlayır: “İstedadların seçimi” turniri başa çatdı - YENİLƏNİB + FOTO

8 Mart 2026 17:51
183
Cüdoda yeni ulduzlar parlayır: “İstedadların seçimi” turniri başa çatdı - YENİLƏNİB + FOTO

Martın 8-də cüdo üzrə U-17 yeniyetmələr arasında keçirilən “İstedadların seçimi” yarışının ikinci turuna yekun vurulub. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 64 klub və idman cəmiyyətindən ümumilikdə 265 idmançı (222 oğlan, 43 qız) qüvvəsini sınayıb.

İdman.Biz xəbər verir ki, yarışın son günündə səkkiz çəki dərəcəsi üzrə 134 cüdoçu tatamiyə çıxıb. Turnirin əsas məqsədi milli komanda üçün sağlam alt bazanın formalaşdırılması, perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın yaradılmasıdır. Reqlamentə əsasən, iki turun yekun reytinqində ilk dörd pilləni tutan idmançılar “Gələcəyin ümidləri” adlı xüsusi təlim proqramına daxil ediləcəklər.

Yarışın son gününün qalibləri və mükafatçıları aşağıdakı kimidir:

Qızlar

44 kq
1. Ləman Niftəliyeva (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. Ayşən Hüeynzadə (“Qara Bəbir” Sumqayıt)
3. Zəhra Rzazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

52 kq
1. Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. Gülnarə Qasımova (“Şahin 313” İK)
3. Zəhra Seyidzadə (RKİM) və İlahə Xəlilova (RKİM)

63 kq
1. Nəzakət Vəliyeva (“Qədiroğlu” İK)
2. Nəzrin Məmmədova (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Lalə Yadigarlı (“Neftçi” Sumqayıt) və Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

+70 kq
1. Dəniz Həbibli (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
2. Zəhra İbadova (“Neftçi” İK)

Oğlanlar

55 kq
1. Fərid Xudiyev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Ülvi Əlizadə (Sumqayıt şəhəri İOEUGİM)
3. Hüseyn Məmmədov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM) və Yusif Yusifzadə (Şuşa UGİM)

66 kq
1. Hüseyn Şıxəliyev (“Sərhədçi” İM)
2. Fərid Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. İsmayıl Quluyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ) və Dünyamalı Asdanlı (“Judo Club 2020” İK)

81 kq
1. Ayxan Həsənli (“Neftçi” İK)
2. Ömər Atayev (“Judo Club 2012”)
3. İslam Adıgözəlzadə (“Elxan” İK) və Harun Ataşov (“Neftçi” Sumqayıt)

+90 kq
1. Ruslan Kazımov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
2. Hüseyn Mehdiyev (ROİL)
3. Şükür Nadirli (“Sərhədçi” İM) və Əbəlfəz Yaqubzadə (DİN İC)

11:19

Bu gün Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında keçirilən “İstedadların seçimi” yarışının ikinci turuna yekun vurulur.

İdman.Biz xəbər verir ki, martın 7-də start götürən turnirin son günündə gənc istedadlar fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq üçün tatami üzərinə çıxıblar.

Yarışın bağlanış günündə 134 cüdoçu ümumilikdə səkkiz dəst medal uğrunda qüvvəsini sınayır. Ümumilikdə isə iki gün davam edən turnirdə 66 klub və idman cəmiyyətindən 307 idmançı (260 oğlan, 47 qız) iştirak edir.

Yarışın keçirilməsində əsas məqsəd milli komandanın sağlam alt bazasını formalaşdırmaq və perspektivli yeniyetmələri aşkar etməkdir. Reqlamentə əsasən, hər iki turun yekun reytinq sıralamasında çəki dərəcələri üzrə ilk dörd pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” xüsusi təlim proqramına cəlb olunacaqlar.

Qeyd edək ki, turnir Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayımlanır.

İdman.Biz