Azərbaycan cüdo ictimaiyyətinə ağır itki üz verib

8 Mart 2026 19:03
104
Azərbaycan cüdo ictimaiyyətinə ağır itki üz verib

Azərbaycanın ilk cüdo məşqçilərindən biri, eləcə də yığma komandanın ilk məşqçiləri sırasında yer alan Əziz-Ağa Əhmədov vəfat edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis 80 yaşında dünyasını dəyişib.

Uzun illər gənc idmançıların yetişməsində böyük xidmətləri olan məşqçinin yetirmələri arasında cüdo üzrə dəfələrlə dünya və Avropa mükafatçısı, sambo üzrə 4 qat dünya və 5 qat Avropa çempionu, əməkdar idman ustası Natiq Bağırov, dəfələrlə Azərbaycan və ümumittifaq turnirlərinin qalibləri İsmət İskəndərov, Asif və Arif Yusifovlar, Arif Qasımov, Azərbaycanın əməkdar məşqçiləri Ruzbeh və Rauf Vəliyevlər, Etibar Bağırov, Azərbaycanın əməkdar rəssamı Müseyib Əmirov, Avropa çempionatının gümüş mükafatçısı Tərlan Poladov, VIII SSRİ Xalqlarının Spartakiadasının mükafatçısı İlham Cəfərov, İrsil Xaimov, Əkbər Kərimov, Anatoliy Kaxaneviç, Mirəli Seyidov və yüzlərlə idmançı yer alır.

İdman.Biz