“Bu uşaqlar ən yaxın vaxtlarda dünya çempionu olmağa qadirdilər” - Rövşən Hüseynovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
17 Noyabr 2025 16:58
77
“Bu uşaqlar ən yaxın vaxtlarda dünya çempionu olmağa qadirdilər” - Rövşən Hüseynovun İDMAN.BİZ-ə AÇIQLAMASI

İslam Həmrəyliyi Oyunlarında yeddi idmançı ilə təmsil olunan Azərbaycan boksçuları Ər-Riyadda altı medal qazanıblar - bir qızıl, üç gümüş və iki bürünc.

Belə nəticəni nə dərəcədə qənaətbəxş hesab etmək olar və yerli boksçuların daha yüksək səviyyəli yarışlarda perspektivləri necə görünür?

Bu sualla İdman.Biz Avropa çempionu, yaxın keçmişin tanınmış Azərbaycan boksçusu və hazırda Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü olan Rövşən Hüseynova müraciət edib:

“Əlbəttə, əgər İslam Həmrəyliyi Oyunlarında iştirak edən boksçularımızın sayını medalların sayı ilə müqayisə etsək, nəticəni qənaətbəxş hesab etmək olar - axı yeddi boksçumuzdan altısı, o cümlədən üç qadın idmançı medal qazandı. Amma döyüşlərin keyfiyyətini əsas götürsək, məni xoş mənada təəccübləndirən yalnız Sərxan Əliyev oldu - ona sadəcə finala çıxmağa imkan vermədilər. Həmçinin turnirin qalibi Səidcəmşid Cəfərov yaxşı boks nümayiş etdirdi. Düşünürəm ki, onlar daha böyük nəticələrə qadirdirlər, xüsusilə də ən yaxın zamanda dünya çempionu olmağa", - deyə Rövşən Hüseynov bildirib.

Vüqar Vüqarlı

İdman.Biz

Məqalədə: