İslamiada: Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib

Xəbərlər
7 Noyabr 2025 21:19
42
İslamiada: Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının püşkatma mərasimi keçirilib.

İdman.Biz bildirir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

İslamiadada Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 12 cüdoçu (5 kişi, 7 qadın) ilə təmsil olunacaq. Turnirdə 32 ölkədən 147 cüdoçu iştirak edəcək.

Yarışın təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 12:00-dan, final bloku isə 18:00-dan etibarən başlanacaq.

Kişilər:

-66 kq, 1/4 final
Ruslan Paşayev – Yerjan Yerenkayıpov (Qazaxıstan) / İsmael Alhassane (Niger) cütünün qalibi ilə

-73 kq, 1/8 final
Hidayət Heydərov – Aden-Aleksandr Husseyn (Cibuti)

-90 kq, 1/4 final
Elcan Hacıyev – Ali Abdelaal (Misir) / Aydar Arapov (Qazaxıstan)

-100 kq, 1/4 final
Zelim Kotsoyev – Karamnob Saqaipov (Livan) / Abdurahman Sisey (Qambiya)

+100 kq, 1/4 final
Uşanqi Kokauri – Muzaffarbek Turoboyev (Özbəkistan)

Qadınlar:

-48 kq, 1/4 final
Könül Əliyeva – Axliya Muminova (Tacikistan)

-52 kq, 1/8 final
Gültac Məmmədəliyeva – Buketnur Karabulut (Türkiyə)

-52 kq, 1/4 final
Aydan Vəliyeva – Madina Qurbonzoda (Tacikistan) / Sintya Badru (Mozambik) cütünün qalibi ilə

-57 kq, 1/4 final
Fidan Əlizadə – Dina Muxanbet (Qazaxıstan) / Jermen Nadej Bella Buanqa (Qabon) cütünün qalibi ilə

-70 kq, 1/4 final
Südabə Ağayeva – Fay Alslboud (Səudiyyə Ərəbistanı)
Aytac Qardaşxanlı – Maryam Barbat (İran)

-78 kq, 1/2 final
Günel Həsənli – Aruna Jangeldina (Qazaxıstan)

İdman.Biz