İslamiadada Azərbaycanı təmsil edəcək CÜDOÇULAR

Xəbərlər
23 Oktyabr 2025 13:17
58
İslamiadada Azərbaycanı təmsil edəcək CÜDOÇULAR

Noyabrın 8-10-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək.

İdman.Biz xəbər verir ki, İslamiadanın yerli təşkilat komitəsi tərəfindən iştirakçı ölkələrə beş kişi və yeddi qadın cüdoçu üçün kvota ayrılıb. Turnirdə Azərbaycanı performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında 12 idmançı təmsil edəcək.

Heyət seçimində qarışıq komanda yarışında zədə və digər hallar səbəbilə ehtiyat idmançıların olması xüsusi diqqətdə saxlanılıb. Təəssüf ki, təşkilatçılar tərəfindən tətbiq edilən kvota məhdudiyyətinə görə millimiz Oyunlarda tam heyətlə çıxış edə bilməyəcək.

Cüdo yarışlarında 30-dan çox ölkənin idmançıları mübarizə aparacaqlar.

Milli komandanın heyəti:
Kişilər

66 kq: Ruslan Paşayev

73 kq: Hidayət Heydərov

90 kq: Elcan Hacıyev

100 kq: Zelim Kotsoyev

+100 kq: Uşanqi Kokauri

Qadınlar

48 kq: Könül Əliyeva

52 kq: Aydan Vəliyeva, Gültac Məmmədəliyeva

57 kq: Fidan Əlizadə

70 kq: Südabə Ağayeva, Aytac Qardaşxanlı

78 kq: Günel Həsənli

İdman.Biz