Hidayət Heydərov: “Məqsədim yaponiyalını Yaponiyada udmaq idi, arzuma çatdım”

Müsahibə
6 Dekabr 2023 17:58
537
Hidayət Heydərov: “Məqsədim yaponiyalını Yaponiyada udmaq idi, arzuma çatdım”

“Azərbaycan Tokioda “Böyük dəbilqə”də birinci dəfədir ki, qızıl medal qazanır. Buna görə çox qürur duyuram”.

İdman.biz xəbər verir ki, bunu Tokiodakı “Böyük Dəbliqə”nin qalibi Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.

73 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxan 3 qat Avropa çempionumuz qələbəsini Beynəlxalq Cüdo Federasiyasının rəsmi TV-si ilə bölüşüb. Finalda yerli Soiçi Haşimotonu əlavə vaxtda məğlub edən cüdoçimiz bildirib ki, tatamiyə yalnız qələbə istəyi ilə çıxıb: “Heç vaxt Tokio “Böyük Dəbliqə”sində güləşməmişdim, həmişə bunu arzulamışdım. Yaponiyada dünya çempionatında 3-cü olmuşdum, düşünürdüm ki, Tokioda bu dəfə 1-ci olum. Finalda yaponiyalı Soiçi Haşimotoya qalib gəldim. Əvvəlki görüşlərdə ona çox uduzmuşdum. Nə olursa-olsun, rəqibdən xal almalıydım. Məqsədim yaponiyalını Yaponiyada udmaq idi. Artıq arzuma çatdım”.

Qeyd edək ki, Hidayət Yaponiyanın paytaxtı Tokioda keçirilən “Böyük Dəbilqə” yarışında qızıl medal qazanan ilk Azərbaycan cüdoçusu olub.

İdman.biz