Bakıda dünya çempionatının bağlanış mərasimi keçirilib - FOTO

Xəbərlər
16 İyun 2024 15:06
357
Bakıda dünya çempionatının bağlanış mərasimi keçirilib - FOTO

Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Binə Atçılıq Mərkəzində təşkil olunan tədbir bədii hissə ilə başlayıb.

Mərasimdə Qarabağ atlarının bu il Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda nümayiş etdirdiyi şou-kompozisiyası izləyicilər tərəfindən maraqla qarşılanıb.

Daha sonra bürünc medal uğrunda Özbəkistan və Nigeriya kollektivlərinin matçı start götürüb. Azərbaycan millisi isə finalda Mərakeş yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, çövkən üzrə dünya çempionatına iyunun 10-da start verilib.

Banuçiçək Hüseynli
İdman.biz