"Sərhədçi Dilbaz" “Prezident Kuboku”nun bürünc medalını qazanıb

Xəbərlər
24 Dekabr 2023 12:28
215
"Sərhədçi Dilbaz" “Prezident Kuboku”nun bürünc medalını qazanıb

Çövkən milli oyunu üzrə “Prezident Kuboku”nda bürünc medalın sahibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, üçüncü yer uğrunda görüşdə “Omar” və “Sərhədçi Dilbaz” komandaları üz-üzə gəliblər.

Gərgin keçən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Tərəflər əlavə iki 5 dəqiqəlik hissədə mübarizə aparıblar və qələbə topunu vuran "Sərhədçi Dilbaz" bürünc medala sahib çıxıb.

Qeyd edək ki, “Prezident Kuboku”nun finalında "Polad" - "Sərhədçi-Qarabağ" qarşılaşması baş tutacaq.

Emin Ağa
İdman.biz