Çövkən milli atüstü oyunu üzrə “Prezident Kuboku”nda yarımfinal başa çatıb.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından İdman.bizə verilən məlumata görə, günün ilk qarşılaşmasında “Polad” “Omar”la üz-üzə gəlib.
Birincilər 4:1 hesabı ilə qalib gələrək finala yüksəlib. Onların rəqibi isə “Sərhədçi-Qarabağ” olub. Bu komanda “Sərhədçi-Dilbaz”ı 1:0 hesabı ilə məğlub edib.
Həlledici oyunlar dekabrın 24-də keçiriləcək. Öncə “Sərhədçi-Dilbaz” və “Omar” turnirin 3-cüsünü müəyyən edəcək. Kubokun sahibini isə “Polad” - “Sərhədçi-Qarabağ” duelində dəqiqləşəcək.
İdman.biz