Danial Caniyev: "Bakıda peşəkar hokkey komandasının yaradılmasını istəyirəm"

Xəbərlər
29 İyun 2025 15:15
45
Danial Caniyev: "Bakıda peşəkar hokkey komandasının yaradılmasını istəyirəm"

"İnanıram ki, ölkədə tez bir zamanda peşəkar komanda yaradılacaq".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçi Danial Caniyev deyib.

Bakıya gələrək gənc hokkeyçilərə "ustad dərsi" keçən idmançı təəssuratlarının müsbət olduğunu söyləyib: "Azərbaycanda gəldiyim üçün sevincliyəm. Özümü evindəki kimi hiss edirəm. İstəyirəm ki, Azərbaycanda hokkey inkişaf etsin. Balaca uşaqlar bu idmanla məşğul olsunlar. İnanıram ki, ölkədə tez bir zamanda peşəkar komanda yaradılacaq. Bunun üçün buz meydançalarının sayı artırılmalıdır".

Qeyd edək ki, "ustad dərsi" Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında baş tutub. Danial Caniyev ABŞ-nın "Penn State University" komandasının aparıcı oyunçularındandır. O, Amerika Hokkey Federasiyası sistemində yetişib, müxtəlif beynəlxalq turnirlərdə iştirak edib və yüksək nəticələr göstərib.

İdman.biz