Hokkey üzrə Norveç millisi dünya çempionatının bürünc medal uğrunda oyununda Kanadanı məğlub edib.
İdman.Biz xəbər verir ki, İsveçrədə keçirilən turnirin üçüncü yer uğrunda matçında Norveç əlavə vaxtda 3:2 hesablı qələbə qazanıb. Bu nəticə ilə komanda tarixində ilk dəfə dünya çempionatının medalına sahib olub.
Norveç millisinin heyətində qolları Matias Emilio Pettersen, Stian Solberq və Noa Stin vurublar. Qələbə qolunu Stin əlavə vaxtın 64-cü dəqiqəsində qeydə aldırıb.
Kanada üçüncü hissənin sonlarına qədər 0:2 hesabı ilə geri qalıb. Robert Tomas 59-cu və 60-cı dəqiqələrdə fərqlənərək hesabı bərabərləşdirib və oyunu əlavə vaxta daşıyıb. Lakin əlavə vaxtda daha dəqiq oynayan Norveç tarixi qələbəyə sevinib.
Qeyd edək ki, Norveç millisi buna qədər dünya çempionatlarında medal qazanmamışdı. Komandanın ən yaxşı nəticəsi 1951-ci ildə əldə etdiyi dördüncü yer idi. Kanada isə ardıcıl üçüncü dəfə dünya çempionatını medalsız başa vurub.
