İsveçrənin Sürix şəhərində İsveçrə və Norveç arasında 2026-cı il hokkey üzrə dünya çempionatının yarımfinal oyunu başa çatıb.
İdman.Biz bildirir ki, “SwissLife Arena”da keçirilən oyunda İsveçrə 6:0 hesabı ilə qalib gələrək turnirin finalına vəsiqə qazanıb.
Finalda isveçrəlilər Kanada-Finlandiya matçının qalibi ilə qarşılaşacaqlar.
İsveçrə ardıcıl üçüncü dəfə turnirin finalına vəsiqə qazanaraq bunu edən beşinci komanda olub.
Qeyd etmək lazımdır ki, İsveçrə tarixdə ardıcıl üç finalda məğlub olan ilk komanda ola bilər. 2024-cü ildə İsveçrə Çexiyaya (0:2), 2025-ci ildə isə ABŞ-a (0:1 əlavə vaxt) məğlub olub.
