Stenli Kubokunun dördqat qalibi Klod Lemye intihar edib - YENİLƏNİB

29 May 2026 00:47
796
Stenli Kubokunun dördqat qalibi Klod Lemye intihar edib

Dördqat Stenli Kubokunun qalibi, kanadalı xokkeyçi Klod Lemye intihar edib.

İdman.Biz bu barədə TMZ-yə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Lemye, böyük oğlu tərəfindən səhər saat 3:00 radələrində ailənin mebel mağazasında tapılıb. Onlar Lemyenin evə qayıtmadığından narahat olublar. O, arxa anbarda tapılıb.

22:52

Dördqat Stenli Kuboku qalibi, kanadalı hokkeyçi Klod Lemye 61 yaşında vəfat edib.

İdman.Biz bildirir ki, NHL-in Keçmiş Oyunçuları Assosiasiyası ölüm xəbərini sosial mediada açıqlayıb. Ölüm səbəbi açıqlanmayıb.

Lemye, üç fərqli komanda ilə Stenli Kubokunu qazanan doqquz oyunçudan biridir. O, kuboku “Monreal Kanadiens” (1986), “Nyu Cersi Devils” (1995, 2000) və “Kolorado Evelanş” (1996) komandaları ilə qazanıb. 1995-ci ildə hücumçu pley-off MVP mükafatını alıb.

Kanada komandası ilə Lemye 1985-ci ildə Dünya Gənclər Çempionatını, Kanada Kubokunu (1987) və Dünya Kubokunun gümüş medalını (1996) qazanıb.

İdman.Biz