60 yaşlı keçmiş hokkeyçi intihar edib

29 May 2026 14:51
325
60 yaşlı keçmiş hokkeyçi intihar edib

Kanadalı sabiq hokkeyçi Klod Lemye 60 yaşında vəfat edib.

İdman.Biz xəbər verir ki, bu barədə “NHL Alumni Association” məlumat yayıb. AP yerli hüquq-mühafizə orqanlarına istinadən onun ölümünün intihar kimi qiymətləndirildiyini yazıb.

“Palm Beach County” Şerif Ofisinin məlumatına görə, hadisə Florida ştatının Leyk-Park şəhərində qeydə alınıb. Lemye evə qayıtmadığı üçün onu oğlu axtarıb tapıb.

Klod Lemye NHL karyerasında dörd dəfə Stenli Kubokunu qazanıb. O, 1986-cı ildə “Monreal Kanadiens”, 1995 və 2000-ci illərdə “Nyu-Cersi Devils”, 1996-cı ildə isə “Kolorado Evelanş” ilə çempion olub.

1995-ci ildə “Nyu-Cersi Devils”in heyətində pley-offun ən dəyərli oyunçusu seçilən Lemye Conn Smythe Trophy mükafatına layiq görülüb. Sabiq hücumçu NHL-in müntəzəm mövsümündə 1215 oyunda 379 qol və 407 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz