Milli Hokkey Liqasında “snus” qalmaqalı - VİDEO

16 Mart 2026 17:15
87
Milli Hokkey Liqasında “snus” qalmaqalı - VİDEO

Milli Hokkey Liqasında çıxış edən “Edmonton Oilers”in kapitanı Konor Mkdavid azarkeşlərin tənqid hədəfinə çevrilib.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, oyun zamanı Konor Mkdavid “snus” adlı saqqızabənzər, tütün tərkibli məhsuldan istifadə edib və bu kameralara düşüb.

Yayılan videoda Mkdavidin alt dodağının altında tütün “yastıqçası”nın olduğu görünür.

Qeyd olunur ki, bəzi azarkeşlər bunun snus olduğunu düşünür və buna görə oyunçunu tənqid edirlər. Hələlik klub bu iddialarla bağlı rəsmi açıqlama verilməyib.

Mütəxəssislər qeyd edirlər ki, “snus” saqqız yox, ağızboşluğunda istifadə edilən nikotin tərkibli maddədir. Nəticədə ürəkbulanma, başgicəllənmə, halsızlıq və zəhərlənmə halları baş verə bilər.

İdman.Biz