Bakıda beynəlxalq turnirin qalibi OKMK olub - FOTO

Xəbərlər
3 Sentyabr 2025 17:13
57
Bakıda beynəlxalq turnirin qalibi OKMK olub - FOTO

Bakıda keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq həndbol turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, "AHF Arena"da təşkil olunan final matçında Qazaxıstan millisi ilə Özbəkistanın OKMK komandası üz-üzə gəlib.

Start fitindən üstünlüyə yiyələnən Özbəkistan təmsilçisi ilk hissəni 16:12 hesabı ilə irəlidə başa vurub. Fasilədən sonra Qazaxıstan həndbolcuları bir qədər fəallaşıblar, lakin onlar yekunda uğur qazana bilməyiblər. 29:28 hesabı ilə qələbə qazanan OKMK turnirin qalibi olub.

Ardınca turnirin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov həlledici oyunun iştirakçılarını təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Daha sonra komandalar mükafatlandırılıb. Əvvəlcə ikinci yerin sahibi olan Qazaxıstan yığmasına diplomlar verilib. Turnirin qalibi olan Özbəkistanın OKMK komandasına isə diplomla yanaşı, turnirin kuboku, eləcə də hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turnirində 3 ölkədən 6 komanda mübarizə aparıb.

İdman.biz