Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə ənənəvi beynəlxalq turnirin finalçıları məlum olub.
İdman.biz xəbər verir ki, ikinci yarımfinal matçında Özbəkistanın OKMK və “Bakı” (Azərbaycan) komandaları qarşılaşıb. Görüşdə daha inamlı oyun göstərən Özbəkistan təmsilçisi 30:20 hesabı ilə qələbə qazanıb.
Birinci yarımfinalda Qazaxıstan yığması Azərbaycanın "Kür" komandasına 29:17 hesabı ilə qalib gəlib.
Beləliklə, yarışın finalında Qazaxıstan millisi ilə OKMK komandaları üz-üzə gələcəklər. Turnirin qalibi sabah keçiriləcək final oyununda müəyyənləşəcək.
İdman.biz