Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə daha bir yarımfinalçısı məlum olub

Xəbərlər
1 Sentyabr 2025 23:08
40
Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə daha bir yarımfinalçısı məlum olub

Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq həndbol turnirində bu gün qrup mərhələsinin son oyunları keçirilib.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, B qrupunda "Bakı" (Azərbaycan) - "Qarabağ" (Azərbaycan) üz-üzə gəlib. Görüş birincilərin 28:26 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, "Bakı" klubu yarımfinala vəsiqə qazanıb.

Beynəlxalq turnirə sentyabrın 3-də yekun vurulacaq.

İdman.biz