Azərbaycan klubunda iki əcnəbi həndbolçu

Xəbərlər
17 İyul 2025 15:04
58
Azərbaycan klubunda iki əcnəbi həndbolçu

Qadın həndbolçulardan ibarət “Kür” komandası heyətinə iki yeni oyunçu cəlb edib.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, serbiyalı Teodora Petkoviç və monteneqrolu Esma Muratoviç Mingəçevir təmsilçisinə keçiblər.

Onlarla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Kür” komandası Avropa Kubokunun ikinci təsnifat mərhələsində Portuqaliyanın “San-Pedru-du-Sul” klubu ilə qarşılaşacaq. Bu raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də olacaq.

İdman.biz