Həndbol üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyininə yekun vurulub.
İdman.biz xəbər verir ki, “AHF Arena” idman kompleksində təşkil edilən yarışda 2010-cu il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar mübarizə aparıblar.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə medallar və diplomlar təqdim olunub.
Nəticələrə əsasən, oğlanlar arasında “Bakı-1” komandası yarışın qalibi adını qazanıb. “Bakı-2” ikinci, “Qazax” isə üçüncü pillədə qərarlaşıb.
Qızların mübarizəsində “Bakı-1” komandası bütün rəqiblərini qabaqlayıb. “Bakı-2” gümüş, “Gəncə” isə bürünc medallara layiq görülüb.
Qeyd edək ki, 7-si oğlanlardan, 6-sı isə qızlardan ibarət olmaqla, 13 komandanın qatıldığı birinciliyin keçirilməsində məqsəd həndbol idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsidir.
İdman.biz