“Kür” finalda

Xəbərlər
22 May 2025 16:21
45
“Kür” finalda

Qadın həndbolçuların Azərbaycan kubokunda ikinci finalçının adına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, yarımfinalın son görüşündə “Kür” “İdman Akademiyası”nı sınağa çəkib.

Bu matçda Mingəçevir təmsilçisi qalib gəlib. İlk yarıda 14:12 hesabı ilə üstün olan “Kür” oyunu 10 topluq üstünlüklə bitirib - 33:23.

Qeyd edək ki, Mingəçevir klubu finalda “Qarabağ”ı 35:26 hesabı ilə üstələyən “Azəryol”la qarşılaşacaq.

İdman.biz