“Azəryol” Avropa kuboku ilə vidalaşıb

Xəbərlər
21 Oktyabr 2023 22:47
115
“Azəryol” Avropa kuboku ilə vidalaşıb

Kişilərdən ibarət “Azəryol” həndbol klubu EHF Avropa kubokunda mübarizəni dayandırıb.

İdman.biz xəbər verir ki, təmsilçimiz hər iki oyunda “Briksen”ə (İtaliya) uduzub.

Komandalar arasında razılaşmaya əsasən, hər iki oyun İtaliyada keçirilib. Dünən baş tutan ilk qarşılaşmada 21 xal fərqi ilə qalib gələn meydan sahibləri bu dəfə də böyükhesablı uğur qazanıblar. “Azəryol” 19:37 hesabı ilə uduzub.

EHF Avropa kuboku
2-ci mərhələ, cavab oyunu
21 oktyabr
21:00. “Briksen” (İtaliya) – “Azəryol” (Azərbaycan) - 37:19 (20:7)

İlk oyun: 43:22

İdman.biz