Azərbaycanın iki klubunun avrokubok startının vaxtı dəqiqləşib

Xəbərlər
13 Avqust 2024 17:01
675
Azərbaycanın iki klubunun avrokubok startının vaxtı dəqiqləşib

Qadın həndbolçular arasında Avropa kubokunda iştirak edəcək "Azəryol" və "Kür"ün oyunlarının yeri və vaxtı dəqiqləşib.

İdman.biz xəbər verir ki, hər iki təmsilçimiz mübarizəyə 2-ci mərhələdən başlayacaq.

"Azəryol"un Ukrayna "Qaliçanka"sı ilə hər iki matçı Bakıda təşkil olunacaq. Oktyabrın 5-dəki görüşdə təmsilçimiz, ertəsi gün rəqib meydan sahibi sayılacaq. Hər iki qarşılaşma saat 17:00-da başlayacaq.

"Kür" "İonias"la hər iki matçı Yunanıstanda keçirəcək. Oktyabrın 5-də və 6-da baş tutacaq oyunlar Afinada təşkil olunacaq. Mingəçevir klubunun meydan sahibi sayılacağı ilk matç Bakı vaxtı ilə 19:00-da, cavab qarşılaşması 17:30-da başlayacaq.

Qeyd edək ki, turnirdəki digər təmsilçimiz "Qarabağ"ın "Differdanj"la (Lüksemburq) görüşlərinin vaxtı hələ dəqiqləşməyib.

İdman.biz