Həndbolçularımızdan ardıcıl ikinci qələbə

Xəbərlər
17 May 2024 12:50
141
Həndbolçularımızdan ardıcıl ikinci qələbə

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan qadın həndbolçular arasında Mərkəzi Asiyanın açıq çempionatında növbəti oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi II turda ROPSTTM (Özbəkistan) ilə qarşılaşıb.

Yığmamız 39:31 hesabı ilə qalib gəlib. Bu, millimizin turnirdə ikinci qələbəsidir. A qrupunda yer alan komandamız ilk turda OKMK-i 30:28 hesabı ilə məğlub edib. Həndbolçularımız qrupdakı son görüşündə Qazaxıstanın ALMATA REGİON klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, çempionatda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan yığmaları ilə yanaşı, qonşu ölkələrin klubları da iştirak edir. Qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcək. Turnirə mayın 21-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: