Liderdən ilk xal itkisi

Xəbərlər
10 Fevral 2024 19:07
151
Liderdən ilk xal itkisi

Həndbol üzrə Azərbaycan çempionatında kişilərin mübarizəsində IX tura yekun vurulub.

İdman.biz xəbər verir ki, lider “Kür” mövsümdə ilk dəfə xal itirib.

Mingəçevirdə meydan sahibləri “Qarabağ”ın müqavimətini qıra bilməyiblər. Oyun 27:27 hesabı ilə yekunlaşıb.

“Azəryol” “İdman Akademiyası” ilə görüşdə çətinlik çəkməyib. “Dəmiryolçular” 21 xal fərqi ilə üstün olublar.

Turun ilk oyununda “Bakı” “Dinamo”dan güclü olub.

IX tur
Kişilər
8 fevral

Dinamo – Bakı – 20:44
10 fevral
Azəryol – İdman Akademiyası – 40:19
Kür – Qarabağ – 27:27

Yer

Komanda

O

Q

H

M

T/F

X

1

"Kür"

9

8

1

0

351-185

17

2

"Azəryol"

8

6

0

2

287-233

12

3

"Bakı"

8

6

0

2

278-181

12

4

"Qarabağ"

9

5

1

3

283-231

11

5

"Dinamo"

9

1

1

7

210-384

3

6

"İdman Akademiyası"

9

1

1

7

222-315

3

7

"Təhsil"

8

1

0

7

187-299

2

İdman.biz

Məqalədə: