“Kür” həndbolçuları “APOEL”lə cavab oyununa çıxacaqlar

11 Oktyabr 2026 10:08
117
“Kür” həndbolçuları “APOEL”lə cavab oyununa çıxacaqlar

Azərbaycanın qadın həndbolçulardan ibarət “Kür” komandası ikinci təsnifat mərhələsi çərçivəsində bu gün EHF Avropa Kubokunda meydana çıxacaq.

İdman.Biz xəbər verir ki, Mingəçevir klubunun rəqibi Kiprin “APOEL” komandası olacaq.

Görüş “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Start fiti saat 17:00-da veriləcək.

Qeyd edək ki, komandaların 10 oktyabrda baş tutan ilk oyununda “Kür” 40:18 hesabı ilə qalib gəlib.

İdman.Biz