“Kür” Avropa Kubokunda Macarıstan klubu ilə qarşılaşacaq

Xəbərlər
11 Oktyabr 2025 12:52
44
“Kür” Avropa Kubokunda Macarıstan klubu ilə qarşılaşacaq

Kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kuboku turnirində mübarizəyə start verəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yarışa ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu mövsümdə ilk sınağını Macarıstan təmsilçisi "Balatonfüredi" kollektivinə qarşı keçirəcək.

“Balaton” İdman Kompleksində baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu komandalar arasında cavab görüşü oktyabrın 19-da “AHF Arena” İdman Kompleksində reallaşacaq.

İdman.Biz