Şəkidə batut gimnastikası üzrə ölkə birinciliyi keçirilib - FOTO

26 Sentyabr 2025 23:15
259
Şəkidə batut gimnastikası üzrə ölkə birinciliyi keçirilib - FOTO

26 sentyabr tarixində Şəki şəhərində batut gimnastikası üzrə 9-cu ölkə birinciliyi təşkil olunub.

Yarış III MDB Oyunları öncəsi sınaq xarakteri daşıyıb.

Birincilikdə “Ocaq Sport” Klubu və Bakı Gimnastika Məktəbinin idmançıları kiçiklər (2016–2018), uşaqlar (2013–2015), yeniyetmələr (2011–2012) və gənclər (2009–2010) yaş kateqoriyalarında fərdi və sinxron proqramlarda bacarıqlarını nümayiş etdiriblər.

Böyüklər yaş kateqoriyasında isə milli komandanın üzvləri nümunəvi çıxışlarla tamaşaçıların qarşısına çıxıblar.

İdman.Biz